Əsas Səhifə > Güney Press > İnsanlar hər ay banklara 240 manat borc ödəyir

İnsanlar hər ay banklara 240 manat borc ödəyir


Bu gün, 14:22

Bu ilin ilk yarısının yekununa olan məlumata görə, borc yükünün əhalinin sərəncamında qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 0,3 faiz bəndi artaraq 18,7% olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın açıqladığı “2026-cı ilin I yarımili üzrə Maliyyə Sabitliyi Hesabatı”nda yer alıb.
Məlumat üçün bildirək ki, borc yükü əhalinin kredit təşkilatları (bank, BOKT) qarşısında istehlak və ipoteka kreditlərinin cəmi məbləğini göstərir. Sərəncamda qalan gəlir isə insanın gəlirindən vergi, sosial sığorta və digər məcburi kəsintilər çıxıldıqdan sonra əlində qalan puldur. Yəni, sərəncamda qalan gəlir xərcləyə biləcəyi real məbləği göstərir.
Bu ilin ilk yarısının yekununa olan məlumata görə, Azərbaycanda sərəncamda qalan vəsaitin iqtisadi fəal əhalinin hər bir nəfərinə düşən orta aylıq məbləği 1 283 manat olub. Borc yükünün əhalinin sərəncamında qalan gəlirlərinə nisbətinin 18,7% olması o deməkdir ki, bu il Azərbaycanda hər bir nəfərin banklara və BOKT-lara orta hesabla 240 manat aylıq borcu olub.
Müqayisə üçün bildirək ki, bu borc 2025-ci ildə 227 manat, 2024-cü ildə 207 manat, 2023-cü ildə 174 manat, 2022-ci ildə 140 manat, 2021-ci ildə 112 manat, 2020-ci ildə isə 93 manat olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, əhalinin (iqtisadi fəal əhali) banklar qarşısındakı borcları son 6 ildə 2,6 dəfə artıb.


Geri qayıt