Əsas Səhifə > Güney Press > Həbs edilən polkovnik
Həbs edilən polkovnikBu gün, 15:20 |
|
Penitensiar Xidmətin Kadrlar İdarəsinin sabiq rəisi polkovnik Əflatun Məmmədova dair yeni təfərrütalar bəlli olub. "DİA-AZ" qafqazinfo-ya istinadla xəbər verir ki, o, 330 min manatdan çox rüşvət almaqda ittiham olunur. Bu korrupsiya cinayəti əsasən 2018-2022-ci illərdə baş verib. Həmin illərdə Penitensiar Xidmətə general-leytenant Ceyhun Həsənov rəhbərlik edirdi.
Bir neçə nəfərin işə qəbulu üçün Xidmət rəhbərliyinə təklif verəcəyini deyərək 30, 35, 40, 45, 55, 60 min pul alıb. Ən böyük məbləğdə pul isə Penitensiar Xidmətin Müalicə müəssisəsinin sabiq rəis müavini Elxan İsgəndərovdan alınıb. O, İsgəndərovdan cəzaçəkmə müəssisələrindən birinə rəis təyin olunması üçün 200 min manat istəyib, yekunda 80 min manat alıb.
Toplanmış çoxsaylı sübutlar əsasında Əflatun Məmmədov cinayət məsuliyyətinə cəlb edilib, ona qarşı Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin həbs tələbi ilə bağlı təqdimatını məhkəmə əsaslı hesab edib. Qərara əsasən, Ə.Məmmədov barəsində 2 ay 10 günlük həbs qətimkan tədbiri seçilib. Geri qayıt |