Əsas Səhifə > Güney Press > Bakıda müdir maaşını istəyən işçisini döydü
Bakıda müdir maaşını istəyən işçisini döydüBu gün, 16:18 |
|
Bakıda restoranda insident olub. Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində yerləşən “Dəniz Pub” restoranında qeydə alınıb. Buranın inzibatçısı olan 45 yaşlı İ. Paxomovla ofisiant arasında əmək haqqının verilməməsi üstündə mübahisə yaranıb. Gecə saat 2 radələrində yaranan mübahisə zamanı Paxomov əməkhaqqı tələb edən işçinin başına əli ilə zərbələr vurub. Nəticədə zərərçəkənin gicgah nahiyələrində xəsarətlər yaranıb. Fakt əsasında inzibatçı barəsində cinayət işi başlanıb. Təqsirləndirilən şəxs ifadəsində peşman olduğunu və zərərçəkəndən üzr istədiyini deyib. Zərərçəkən ofisiant da həmçinin inzibatçıya qarşı şikayət və tələbinin olmadığını bildirib. Məhkəmənin qərarı ilə cinayət işinə verilib və İ. Paxomov məsuliyyətdən azad olunub. Geri qayıt |