Əsas Səhifə > Güney Press > Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib

Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib


Bu gün, 17:19

Yekaterinburqda (Rusiya) məhkəmə Şahin Şıxlınskinin rəhbərlik etdiyi "Azərbaycan-Ural" ictimai milli-mədəni təşkilatının ləğv edilməsi barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd olunub ki, məhkəmənin qərarı 2026-cı iyunun 3-də ildə qəbul edilib, lakin bu barədə yalnız indi məlum olub. Təşkilat Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən çıxarılıb.

Məlumata görə, "Azərbaycan-Ural" 2023-cü il yanvarın 13-də Yekaterinburqda qeydiyyatdan keçib. Şıxlinski təşkilata 2004-cü ildən rəhbərlik edirdi.

Xatırladaq ki, Şahin Şıxlinski 2025-ci ilin yayında Yekaterinburqda saxlanılıb. Sonradan Rusiya məhkəməsi onu bir sıra cinayət ittihamları, o cümlədən qətllərin təşkili və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiqi ilə bağlı ittihamlar üzrə təqsirli bilib. Hökmlərin məcmusuna görə o, 24 il azadlıqdan məhrumetmə cəzası alıb.


Geri qayıt