Əsas Səhifə > Güney Press > Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU

Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU


Bu gün, 18:38

Son hadisələrdə dindarlar tərəfdar toplamadı kimi görünür. Köhnədən qalan 6-7 “məktəb ana” qruplarında da gəzdım, söhbətləri oxudum. Yarısı dövləti dəstəkləyir, yarısının isə heç vecinə deyil.
Çox adamın İran və Suriyada baş verənlərdən qorxusu var. Ölkənin sabitliyindən, təhlükəsizliyindən xalq razıdır. Ona görə də belə mövzularda dövləti dəstəkləyirlər.
Bir də bizdə insanlar Avropadakı kimi ictimai maraqlar ətrafında birləşmək mədəniyyətinə sahib deyil. Aksiya, etiraz və ümumiyyətlə kollektiv hərəkət mədəniyyətimiz zəifdir. Bu da belə məsələlərdə öz təsirini göstərir.
Türkiyədə isə sosial şəbəkələrdə çoxluq İlham Əliyevi dəstəkləyir kimi görünür. Baxırsan, bir paylaşım ediblər, 1000 şərh yazılıb. Üstdəki şərhlərdə Azərbaycanı və ya İlham Əliyevi təhqir edirlər. Araşdıranda görürsən ki, 80 faizi saxta profillərdir.
Planlı şəkildə bir şərh yazırlar, sonra başqa saxta profillərdən həmin şərhi bəyənib yuxarı çıxarırlar. Eyni paylaşımın şərhində aşağı düşürsən, görürsən ki, çoxluq “Əcəb edib, ərəb zehniyyətindən qurtulurlar”, “Əliyevi təbrik edirik” və ya “Bu, onların öz problemidir” kimi şərhlər yazıb.
Orxan Atabəy - "DİA-AZ"

Geri qayıt