Əsas Səhifə > Güney Press > Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi
Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildiBu gün, 19:03 |
|
Bakıda fəaliyyət göstərən “Irish Pub Baku”, “Badam Lounge”, “Badam2Lounge” və “Evalutionbyhollyvood” adlı məkanlarda futbol oyunlarının qanunsuz yayımlanması ilə bağlı məhkəmə qərarı çıxarılıb. Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə tərtib edilmiş protokol və materiallara məhkəmədə baxılıb. İş materiallarına əsasən, qeyd olunan iaşə obyektlərində UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası, UEFA Konfrans Liqası və digər futbol oyunları hüquq sahibinin razılığı olmadan və müvafiq yayım müqaviləsi bağlanılmadan yayımlanıb. Bundan başqa, həmin məkanların “Instagram” sosial şəbəkəsindəki səhifələrində müəlliflik və əlaqəli hüquqlardan qanunsuz istifadə edilməklə haqsız reklamların yayımlandığı müəyyən edilib. Məhkəmə materiallarında “xxxx” MMC-nin təqdim etdiyi pretenziya məktubu və digər sübutlar da yer alıb. Araşdırma zamanı sosial şəbəkə paylaşımlarının reklam xarakteri daşıdığı qənaətinə gəlinib. Məhkəmə hesab edib ki, inzibati xətanın törədilməsi iş materialları ilə sübuta yetirilib. Nəticədə barəsində inzibati icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə təqsirli bilinib. Qərara əsasən, həmin şəxs 300 manat məbləğində cərimə edilib. Geri qayıt |