Əsas Səhifə > Güney Press > "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı

"Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı


Bu gün, 04:00

Ölkədə fəaliyyət göstərən simvolik kapitala malik nəqliyyat şirkətlərindən birinin dövlət büdcəsinə olan vergi öhdəliklərində artım qeydə alınıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, "QARABAĞ TRANSPORT LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan vergi borcu yüksələrək 87.898,41 AZN təşkil edib.

Bakı şəhəri, Binəqədi rayonu, Gülməmməd Ramazanov küçəsi, ev 140, mənzil 1 ünvanında mənzil qeydiyyatında olan müəssisənin nizamnamə kapitalı cəmi 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Bəylərli Ramil oğludur.

Xatırladaq ki, cari ilin iyun ayında bu rəqəm 70.407,72 AZN idi. Beləliklə, qısa müddət ərzində şirkətin büdcəyə olan borcu əhəmiyyətli dərəcədə artıb.


Geri qayıt