Əsas Səhifə > Güney Press / Partiya > "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..."

"Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..."


Bu gün, 04:39

"İki gündür sosial şəbəkələri izləyirəm və bir daha əmin oluram ki, bu işlərin arxasında Azərbaycanı sevməyən, onun bütövlüyünə və suverenliyinə xələl gətirmək istəyən qüvvələr, xüsusilə İranın mürtəce rejimi dayanır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında tanınmış hüquqşünas Müşfiq Abbasov qeyd edib.

O daha sonra fikrini belə davam etdirir: "Təsəvvür edin ki, məhkəmələrdə 10 yaşınadək uşaqların fikirləri ona görə nəzərə alınmır ki, onlar həyatı dərk etmirlər. 14 yaşına çatmamış uşaq qəsdən adam öldürməyə görə məsuliyyətə cəlb olunmur ki, o öz əməlinin xarakterini dərk etmir. İndi siz deyin, orta məktəbin ilk sinflərində oxuyan uşaqlar nə bilir ki, hicab nədir? Bu uşaqlardan alət kimi istifadə etməyin adı nədir? Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz.

Axı bu uşaqlar İran dövlətinin deyil, Azərbaycanın gələcəyidir. Bu uşaqların əksəriyyətinə öyrədilib ki, hicab bizim namusumuzdur. Namus anlayışını hicaba bağlamağın özü səhvdir. Məgər hicab taxmayan xanımlar namussuzdur? Bu uşaqları radikal çağrışlara meyilləndirmək, müəllimləri söyüş obyektivinə çevirmək, məktəb qapı-pəncərələrini qırmaq, direktorun avtomobilini yandırmaq və s.qanunsuz əməlləri törətmək dini müdafiə etməkdən çox, onu gözdən salmaqdır. Bir hüquqşünas olaraq deyirəm ki, Konstitusiyanın heç bir maddəsinin tələbləri pozulmayıb. Vahid geyin formasının tətbiqi ilə bağlı Nazirlər Kabinetinin qərarı Konstitusiya ilə heç bir ziddiyyət təşkil etmir. Hər kəsi Azərbaycanın dövlətçiliyini və gələcəyini qorumağa dəvət edirəm..."


Geri qayıt