Əsas Səhifə > Güney Press / Ana xəbər > “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək
“Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcəkBu gün, 10:14 |
|
“Sabirabad-konserv” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Banker.az xəbər verir ki, yığıncaq 16 oktyabr 2026-cı il tarixində, saat 15:00-da Sabirabad şəhəri, Vidadi küçəsi 1 ünvanında baş tutacaq. Yığıncağın gündəliyinə cəmiyyətə yeni icraçı direktorun seçilməsi məsələsi daxil edilib. Qeyd edək ki, “Sabirabad-konserv” ASC 25 mart 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 838 min 410 manat təşkil edir. Cəmiyyətin qanuni təmsilçisi Elman Şıxəliyev Asif oğludur. Geri qayıt |