Əsas Səhifə > Güney Press > “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var

“Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var


Bu gün, 11:24

“Mən bir neçə gün öncə verdiyim müsahibəmdə yalnız vahid məktəbli formasından danışmışam. Mənə jurnalist məktəbli formaları ilə bağlı sual ünvanlayıb və mən də bu haqda sualı cavablamışam. Mən dinə qarşı, hicaba qarşı çıxmamışam. Dövlətimizin qoyduğu qərarları dəstəkləmişəm. Bizim ailəmizdə də, qohumlarımızda da baş örtüsü kimi hicabdan istifadə edən xanımlar var. Mən onların hər birinə hörmətlə yanaşıram. Azərbaycan tolerant ölkədir. Dini azadlığımız var. Baxıram ki, rəylərdə məni və digər ziyalılarımızı tənqid edirlər. Mən də, digər ziyalılar da vahid məktəbli formasının tərəfdarlarıyıq”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nəzakət Teymurova deyib.
O daha sonra əlavə edib:
“Mən uzun illərdir Milli Konservatoriyada dərs deyirəm. Sabah desələr ki, siz də vahid müəllim forması geyinməlisiz, sevə-sevə həmin formanı geyinərəm. Biz dövlətimizin qoyduğu qərarları qəbul etməliyik. Dövlət təhsilə, savada, ələxsus da qız övladlarının oxumasına önəm verir. Hacı Zeynalabdin Tağıyev də demişdi ki, “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə.”. O qız övladları da bizim balalarımızdır. Əminəm ki, valideynləri də, müəllimləri də onların təhsilini düşünür”.
Xalq artisti bildirib ki, hicablı bir neçə tələbəsi də var və onlara dərs deməkdən çox məmnundur:
“Mənim hicablı bir neçə tələbəm var. Hamısını da hər dəfə özümlə birlikdə efirlərə çıxarmışam. Elə bir efir olmayıb ki, onları özümlə aparmayım. Hətta demişəm ki, o qızlar gəlməyəcəksə, mən də efirə çıxmıram. Çox gözəl səsləri və gələcəkləri var”.

Geri qayıt