Əsas Səhifə > Güney Press > “Rabitəbank”ın balans kapitalında

“Rabitəbank”ın balans kapitalında


Bu gün, 12:06

“Rabitəbank” ASC bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, bank 9 ayda 13,8 milyon manat mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% çoxdur.

Bu il oktyabrın əvvəlinə “Rabitəbank”ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 11,2% çox – 1 453,8 milyon manat, o cümlədən kredit portfeli 7,7% çox – 993,1 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 1 312,3 milyon manat (11,7% çox), o cümlədən depozit portfeli 848,1 milyon manat (7% çox), balans kapitalı isə 141,5 milyon manat (6,9% az), o cümlədən nizamnamə kapitalı 101,3 milyon manat (dəyişməyib) olub.


Geri qayıt