Əsas Səhifə > Güney Press > "Pərdələr açılır, yenə eyni adamlar..."

"Pərdələr açılır, yenə eyni adamlar..."


Bu gün, 13:07

“Baxırsan eyni simalar, eyni ssenari, eyni musiqilər, eyni qonaqlar”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Əkbər Əliyev “Sevilən səhər” verilişində deyib.

Sənətçi şou əhlinin keçirdiyi ad günü məclisləri barədə iradlarını səsləndirib. Bir-birinə bənzəyən eynitipli məclislərdən təngə gəldiyini deyən Əkbər bir daha ad günü tədbirlərinə katılmayacağına qərar verdiyini bildirib:

“Son vaxtlar keçirilən ad günlərinin hamısı eyni formatdadır. Baxırsan eyni simalar, eyni ssenari, eyni musiqilər, eyni qonaqlar. Hər şey eyni… Adam bezir. Fərqli ssenari və təqdimat olmalıdır ki, mən getdiyim yerdən qonaq kimi zövq alım. Bilim ki, o ad gününə boş-boşuna gəlməmişəm. Eyni insanları nə qədər görmək olar? Eyni musiqiləri nə qədər eşitmək olar? Açılır pərdələr – eyni simalar… Nə qədər olar axı?! Buna görə də artıq özümə söz vermişəm, heç bir ad gününə getmirəm”.


Geri qayıt