Əsas Səhifə > Güney Press > Kərim susqunluğunu pozdu:
Kərim susqunluğunu pozdu:Bu gün, 16:21 |
|
“Sosial şəbəkələrdə bəziləri yazır ki, sağlığında bir-birlərini qırırdılar, indi Rəhimin mahnısını oxuyur”. Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov “Qonaqcanlı” verilişində deyib.
Sənətçi mərhum həmkarı Rəhim Rəhimli ilə aralarında vaxtilə yaşanan münasibətə aydınlıq gətirib: “O insanlara demək istəyirəm ki, bizim Rəhimlə sənət rəqabətimiz olub, başqa heç bir dava-qırğınımız, asılacağımız, kəsiləcəyimiz olmayıb. Dünyasını dəyişəndə qəbrini ziyarət etdim, məzarı ilə dərdləşdim, söhbət etdim. Rəhim dünyasını dəyişib, bu gündən sonra bir-birimizlə prinsip aparası, dava-qırğın edəsi deyilik. Rəhmətə gedən adamın gərək xatirəsini, mahnılarını yaşadasan. Rəhim böyük sənətkar idi, istəyirəm bu gün sənət aləmində onun mahnılarını yaşatsınlar”. Geri qayıt |