Əsas Səhifə > Güney Press > Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti

Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti


Bu gün, 10:32

Təhlükəsizlik sistemləri quraşdıran “İnterkommers” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, "Titan Electronics"in sahibi olan şirkət tərəfindən 18,8 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə "İnterkommers" MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin iyirmi faizi miqdarında, yəni 3755 ABŞ dolları cərimə edilib.

Qeyd edək ki, “İnterkommers” MMC təhlükəsizlik sistemlərinin quraşdırılması (yanğın və mühafizə siqnalizasiyası, yanğından mühafizə sistemləri, kilidlərin quraşdırılması) və logistika sahəsində ixtisaslaşmış podratçı şirkətdir. 2017-ci ildən fəaliyyət göstərən şirkətin direktoru Heydər Pənahidir


Geri qayıt