Əsas Səhifə > Güney Press > SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb
SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıbBu gün, 12:55 |
|
Azərbaycan Rusiyanın "Qazprom" şirkətindən yenidən qaz almaq niyyətindədir. "TASS" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov Rusiya Enerji Həftəsi çərçivəsində bildirib. ""Qazprom" kimi nəhəng şirkətlə əməkdaşlığımızın çox düzgün nümunə olduğunu qürurla deyə bilərik. Çünki, yəqin ki, SOCAR dünyada əvvəlcə “Qazprom”dan qaz alan, daha sonra "Qazprom"a qaz tədarük edən, indi isə yenidən qaz almaq istəyən yeganə şirkətdi", - deyə o bildirib. Jurnalistlərin Azərbaycanın “Qazprom”dan nə qədər qaz almaq istədiyi ilə bağlı sualını cavablandıran Elşad Nəsirov hələlik bu barədə məlumatın olmadığını qeyd edib. "Bu, sadəcə, bizim həm qaz aldığımızı, həm də qaz satdığımızı təsdiq edən faktdır. Konkret planlar yoxdur", – deyə Elşad Nəsirov vurğulayıb. Geri qayıt |