Əsas Səhifə > Güney Press > “O meyxanaçılar məni toylardan “burur”

“O meyxanaçılar məni toylardan “burur”


Bu gün, 13:04

“Söyüşlü meyxanaları sevmirəm və tərəfdarı da deyiləm. Meyxanada söyüş nəyə lazımdır ki?! Gözəl söz deyəndə onsuz da xalqımız dəyərləndirir. Xalqımız əsl sənətə, sözə qiymət verən xalqdır. Meyxanalarda söyüşün yeri yoxdur. Uzaq başı yüngülvarı 18+ söz deyə bilərsən. Bu əvvəllər də kişi məclislərində olub. Amma çəkiliş olmayıb, deyilən sözlər orada da qalıb. Gör Mehman Əhmədli, Oqtay Kamil, Ağamirzə indiyə qədər bir dənə də olsun söyüşlü meyxana deyiblər?! Bir balaca hislərimizə hakim ola bilsək daha da yaxşı olar”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı deyib.
O daha sonra əlavə edib:
“Bəzən meyxanaçı həmkarlarım deyir ki, “Samirə xanım gedib mahnısını oxusun, meyxana onluq deyil”. Demək istəyirəm ki, vaxtında biz meyxana deyəndə onlar pərdənin arxasından baxırdılar. Heç onlara biz olan məclislərə, verilişlərə, efirlərə girməyə icazə də vermirdilər. Dayanıb kənardan, həsrətlə mənə baxırdılar. Başa düşürəm ki, bunu qısqanıb deyirlər. Hamısı kişidir, aralarında təkcə qadın meyxana deyən mənəm. Həm də onlar üçün çətindir. Çünki qadın olanda meyxananı da ona aid deməlidirlər. Bu baxımdan bir-birlərini söyə bilmirlər, dalaşa bilmirlər. Ona görə də məni öz aralarından sıxışdırıb çıxarırlar. Məni o qədər məclislərdən “burublar ki”.. Qulağıma çatan çatıb, çatmayanı Oqtay deyib, Oqtay deməyəni məclis sahibləri deyiblər. Məni soruşublar, deyiblər ki, “o gəlirsə, bizi gətirmə”. O qədər belə hallar olub ki. Amma çörəyə bais olmaq olmaz. Çünki çörəyi, ruzini Allah yetirir, bəndə kimdir ki?! Bəli, Samirə xanım ali savadlı müğənnidir. Əgər meyxana da deyə bilirsə, bu onun fitri istedadıdır. Bu vergini mənə Allah veribsə, onlar kimdir ki, qəbul etməsinlər?!”.

Geri qayıt