Əsas Səhifə > Güney Press > Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar
Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlarBu gün, 13:57 |
|
Əslində, bölgə və ətrafımızda ABŞ-ın mövcudluğu ilə bağlı narahatlıqlarımız var, amma bu məsələdə erməni dostlarımızla sıx əlaqə saxlayırıq və onlara etibar edirik. Publika.az xəbər verir ki, bunu “Armenian News”un sualına cavab olaraq İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. "Bilirik ki, onlar İranın təhlükəsizliyinə qarşı heç nə etmirlər. Buna görə də, Ermənistan hakimiyyəti ilə məsləhətləşmələrimizi davam etdiririk. Çox yaxını dostum, Ermənistan xarici işlər naziri Tehranda idi. Yaxşı məsləhətləşmələr apardıq və bu gün prezidentimiz Ermənistanın baş naziri ilə görüşəcək. Biz sıx əlaqə saxlayırıq", - deyə o bildirib. Geri qayıt |