Əsas Səhifə > Güney Press > Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR:
Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR:Bu gün, 14:36 |
|
Aparıcı Mətanət Əliverdiyeva oktyabrın 14-də “Xəzər axşamı” verilişinin canlı yayımına çıxmamasının səbəbini açıqlayıb. Yenicag.az xəbər verir ki, aparıcı bacısının komaya düşdüyünü eşidərək dərhal evə qayıtdığını bildirib:
“Dünən səhər işə gələndə evdən pis xəbər aldım. Allah bütün böyükləri qorusun, məndən 10 yaş böyük olan bacım komaya düşüb. O, şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-ə qalxaraq komaya düşüb və yıxılıb. Ona zəng etdim, çatmadı. Dərhal başa düşdüm ki, nəsə baş verib. Qardaşımın ailəsi onun evinə getdi və mənə zəng edib komada olduğunu bildirdilər. Mən dərhal evə qayıtdım, fikirləşdim ki, yəqin artıq bacımı itirdim. Amma mən Sumqayıta çatana qədər həkimlər onu komadan çıxarıb xəstəxanaya yerləşdiriblər. Sağ olsunlar Azərbaycan həkimləri”. Geri qayıt |