Əsas Səhifə > Güney Press > Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı

Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı


Bu gün, 16:17

Bu ilin oktyabr ayının 1-ə olan məlumata görə, Azərbaycanda 280,6 min nəfər işsiz şəxs olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadla xəbər verir ki, bu ilin ilk 9 ayı ərzində ölkədə işsizlərin sayı təxminən 1,5 min nəfər artıb.
Məlumat üçün bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 444,7 min nəfər olub, onların 5 milyon 164,1 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.
Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 20 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb. Qeyd olunan tarixdə ölkədə 375,9 min işsiz olub. Ən aşağı işsizlik səviyyəsi isə 2014-cü ilin əvvəlində qeydə alınıb. 1 yanvar 2014-cü il tarixində ölkədə 236,6 min işsiz olub.
Onu da qeyd edək ki, 2026-cı ilin sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 251,2 min nəfər olub və onların 53,5%-ini qadınlar təşkil edib. Son bir ildə Dövlət Məşğulluq Agentliyi tərəfindən qeydiyyata alınan işsiz şəxslərin sayı 14,8 min, son bir ayda isə 3,5 min nəfər artıb.


Geri qayıt