Əsas Səhifə > Güney Press > Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb

Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb


Bu gün, 16:31

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda Avropa Komissiyasının vitse-prezidenti Tereza Ribera ilə görüşüb.

Teleqraf xəbər verir ki, həmsöhbətlər Ermənistan-Avropa İttifaqı əməkdaşlığının daha da inkişaf etdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Xüsusilə, viza rejiminin liberallaşdırılması üzrə işlərin gedişatına, eləcə də enerji sektorunda əməkdaşlığın daha da genişləndirilməsinə toxunublar.

Tərəflər müvafiq sahələrdə sıx əməkdaşlığın və gələcək birgə işlərin vacibliyini vurğulayıblar.


Geri qayıt