Əsas Səhifə > Güney Press > Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi

Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi


Bu gün, 17:42

Ukrayna Belçika tərəfi ilə F-16 məsələsini müzakirə edib və 2026-cı ilin sonunadək əlavə qırıcı təyyarələrin təhvil alınması barədə razılığa gəlib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski keçirdiyi brifinq zamanı bildirib.

“Bu gün biz onlardan Rusiya tərəfinin ən sürətli, reaktiv “Şahid”lərini vurmaq üçün səmada istifadə edirik. F-16-lar çox yaxşı nəticə göstərir”, - deyə Zelenski qeyd edib.

O, həmçinin jurnalistlərin Qərbdə dondurulmuş Rusiya aktivləri ilə bağlı planlara dair suallarını cavablandırıb.

Prezidentin sözlərinə görə, Ukrayna üçün əsas məsələ Rusiyanın bu aktivlərə çıxış əldə etməməsidir.

“Görüşlərdə bu məsələni qaldırırıq. Mənim fikrimcə, bizim verdiyimiz siqnal ondan ibarətdir ki, əsas məqsəd Rusiyanın sonradan bu aktivlərə təsir etmək imkanının olmamasıdır. Biz dəqiq bilirik ki, onlar bu aktivləri geri qaytarmağı çox istəyirlər. Bu, Rusiya Federasiyasının məqsədlərindən biridir. Ona görə də Ukrayna bu və ya digər formatda müvafiq vəsaitləri Rusiyadan daha əvvəl almaq istəyir”, - deyə Zelenski vurğulayıb.


Geri qayıt