Əsas Səhifə > Güney Press / Ana xəbər > “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...”
“Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...”Bu gün, 10:00 |
|
“İstər sərhəd olsun, istər təmas olsun dünyanın elə bir yeri yoxdur ki, belə hallar olmasın. Xüsusən də əgər sərhəd yoxdursa. Laçın rayonudur, duman ola bilər, ora ümumiyyətlə hava şəraiti sərt, görüntüsü məhdud olan bir ərazidir. Belə halların olması istisna olunmur. Bilirsiniz ki, bizim torpaqlarımız işğal altında olanda da ermənilərdən biz tərəfə, bizdən o tərəfə keçənlər olurdu. Burada qeyri-adi bir hal yoxdur”. Bu fikirləri Moderator.az-a açıqlamasında ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov deyib. O daha sonra əlavə edib: “Paşinyan özü də dedi ki, bizim əsgərimiz heç bir müqavimət göstərməyib. Müqavimət göstərməyibsə təbii ki, hansısa silahdan istifadə etməsi, mülkü əhaliyə tuşlaması nə deməkdir? Bu yalanlar kimə lazımdır? Əgər Ermənistan əsgərimizi saxlayıbsa, nə istəsə deyə bilər. Bizim Ermənisanla diplomatik əlaqələrimiz yoxdur. Amma bizim səfirlik Gürcüstan vasitəsilə hansısa əlaqələr qurub, əsgərlə danışmalı idi. Məsələ ondadır ki, bunu bir az Ermənistanda da siyasiləşdirmək istəyirlər. Demək olar ki, Azərbaycanla Ermənistanın sülh müqaviləsinin bağlanmasında marağı olmayan qüvvələr daha çox bu faktdan istifadə etmək istəyir. Ancaq məni şəxsən Ermənistanın dövlət başçısının da mövqeyi bir o qədər də açmır. Azərbaycan dəfələrlə bir yox, bir neçə əsgəri, hətta onlarla əsgəri Ermənistana qaytarıb. Bu qonşuluq münasibətlərində müəyyən bir jest idi. Bizim bir əsgərimiz ora düşüb, elə bir cinayət törətməyib, amma indiyə qədər onu tutub saxlayıblar. Ümumiyyətlə o əsgər həmin gün qaytarılmalı idi. Paşinyan ağzında sülh deyibsə, silah istifadə olunmayıbsa, heç kim yaralanmayıbsa, müqavimət göstərilməyibsə o əsgər bizə qaytarılmalı idi və biz də araşdırmalı idik. Çünki bu faktın araşdırılması ən çox bizə lazımdır ki, gələcəkdə də hansısa əsgər azıb sərhədi keçsə qabaqlayıcı tədbirlər görə bilək. Amma Ermənistanın bu mövqeyi sülh və sülhə gedən niyyət haqqında sözdə bir, əməldə başqa oldu. Mən bu məsələnin bilirsiniz niyə siyasi tərəfini danışıram?! Çünki bunu Ermənistan siyasiləşdirib. Onlar deyirlər ki, bizdən də Azərbaycana əsgər keçsə, onu dəyişməyə bizdə bir ehtiyat əsgərləri olsun. Bu ümumiyyətlə absurd fikir və yanaşmadır. Beynəlxalq normalar, konvensiyalar var. Müharibə şəraitində olduğumuzu nəzərə alsaq əsgər əsir sayılır. Əsirlər də qaytarılır. Baxmayaraq ki, Ukrayna və Rusiya arasında qızğın müharibə gedir, orada da əsirlər qaytarılır. Bunlar nə onu yerinə yetirmirlər, nə də bunu. Sülh müqaviləsinin bağlanmasına niyyətli olan dövlət başçısı indiyə qədər əsgəri niyə saxlayır?! Onun gücü çatmır əsgəri qaytarmağa?! Necə olur ki, Koçaryanla, Sarkisyanla öz kürsüsü uğrunda mübarizə aparıb, seçkilərdə qələbə qazana bilir və onları cinayətə, məsuliyyətə cəlb edə bilir, bir əsgəri qaytara bilmir?! Mənə elə gəlir ki, Ermənistanın iqtidarı da Azərbaycanla səmimi deyil. Bu əsgərin məsələsini alverə çevirirlər. Bu addım nə insan hüuquqlarına, nə də beynəlxalq norma və qanunlara cavab verir. Hansı tərəfdən baxsanız əsəgərimizin orada saxlanılması heç bir qanuna uyğun deyil. Ona görə də mən düşünürəm ki, əsgərimiz təbii ki, yaxın zamanlarda qaytarılacaq. Biz də bunu nəzərə almalıyıq ki, Ermənistan bizimlə sülh müqaviləsinin bağlanmasında səmimi deyil” deyə hərbi ekspert bildirib. Geri qayıt |