Əsas Səhifə > Güney Press > XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub
XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olubBu gün, 10:07 |
|
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub. APAxəbər verir ki, builki sərginin fəxri yazarları Xalq şairi Sabir Rüstəmxanlı və uşaq ədəbiyyatı yazarı Reyhan Yusifqızıdır. Sabir Rüstəmxanlının “Azərbaycan adından” kitabının təqdimatı 27 oktyabr, saat 11:00-da sərgi çərçivəsində "SOCAR" təqdimat zonasında keçiriləcək. Reyhan Yusifqızı ilə görüş və imza saatı isə oktyabrın 24-ü saat, 12:00-da "Stend P1-020"da baş tutacaq. Qeyd edək ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 21-dən 27-dək Bakı Ekspo Mərkəzində keçiriləcək. “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə təşkil ediləcək builki sərgidə 30 xarici ölkədən 59 təşkilat, eləcə də 147 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaq. Tədbirdə Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlarla yanaşı, Türkiyə, ABŞ, Norveç, İngiltərə, Polşa, Səudiyyə Ərəbistanı və digər ölkələrin görkəmli yazarları və elm adamları da iştirak edəcəklər. Geri qayıt |