Əsas Səhifə > Güney Press > “Elmira xanımı yamsılayırdım;

“Elmira xanımı yamsılayırdım;


Bu gün, 10:10

“Elmira Rəhimova çox sevdiyim sənətkarlardandır. Bu gün də oxuduğu mahnılar yaddaşlardadır. Allah ona can sağlığı versin. Mən Elmira xanımı uşaq yaşlarımdan, məktəbli vaxtlarımdan sevmişəm. Həmişə də onu yamsılayırdım. Mənim ifam Elmira Rəhimovaya hardasa yaxındır. Çünki onun xırdalıqlarını götürmüşəm. Onu sevə-sevə dinləmişəm. Amma öz yolumu seçmişəm. Elmira xanım da mənim haqqımda çox yüksək fikirdə olub. Əfsuslar olsun ki, səhhətindəki narahatlıqlara görə bu gün görüşə bilmirik. Çünki onu narahat etmək istəmirəm. Əvvəl çox yaxın idik, o mənim evimə gəlirdi, mən onun evinə gedirdim”.

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Ruhəngiz Musəvi deyib.

O daha sonra Elmira xanımın ona dəstəyindən danışıb:

“Mən o vaxt sənətə yeni gəlmişdim, mahnılarım məşhur idi, amma fəxri adım yox idi. Elmira xanım qızıma zəng edib demişdi ki, “Lalə, mən də fəxri adı gec almışam, anana de ki, narahat olmasın”. Mənə ürək-dirək verirdi. Elmira xanımın ürəyindən yoxdur. Sonra mənə “Əməkdar artist” adı verdilər. Mən heç fəxri adı düşünmürdüm. Sənətə fəxri ada görə gəlməmişəm. Mənim əsas öz adım var. İnsanlar da məni öz adıma, səsimə, sənətimə görə sevirlər. Mənim tembirimdə müğənni yoxdur. Özünəməxsus səsim var” deyə Ruhəngiz Musəvi deyib.


Geri qayıt