Əsas Səhifə > Güney Press > Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olubBu gün, 12:03 |
|
Ukrayna millisinin, Kiyev “Dinamo”sunun və “Dnepr”in sabiq yarımmüdafiəçisi Roman Maksimyuk Donetsk vilayətində döyüşlər zamanı həlak olub. APA xəbər verir ki, bu barədə futbolçunun həyat yoldaşı Vera Maksimyuk oktyabrın 16-da məlumat yayıb. 50 yaşlı Maksimyuk 2022-ci ilin payızında Ukrayna Silahlı Qüvvələrinə qoşulub. Maksimyuk sonuncu dəfə 2025-ci il yanvarın 30-da həyat yoldaşı ilə əlaqə saxlayıb. Həmin vaxt Pokrovsk istiqamətində mövqeyə getdiyini və uzun müddət əlaqə saxlaya bilməyəcəyini bildirib. Bundan sonra ondan xəbər alınmayıb və hərbçi xüsusi şəraitdə itkin düşmüş hesab olunub. Geri qayıt |