Əsas Səhifə > Güney Press > Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır
Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm AzərbaycandırBu gün, 13:00 |
|
Türkiyədə yüz minlərlə investorun vəsaitləri, hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə əlaqəli şəxslər ətrafında iddialar və maliyyə nəzarəti qurumlarının fəaliyyəti müzakirə olunduğu vaxtda Azərbaycan məktəblərində vahid məktəbli forması məsələsi siyasi gündəmə çıxarılıb. Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın, AKP deputatı Müfit Aydının açıqlamaları və “Köklü Değişim” təşkilatının aksiyaları diqqət çəkir. Modern.az-ın məlumatına görə,Türkiyədə son həftələrin ən ciddi maliyyə və siyasi müzakirələrindən biri investisiya fondları ətrafında yaranmış qalmaqaldır. Söhbət 455 mindən çox investorun vəsaitlərinin yerləşdiyi fondlardan, bəzi səhmlərin qiymətlərindəki kəskin dəyişikliklərdən və milyardlarla lirə həcmində əməliyyatlardan gedir. Maliyyə qalmaqalı təkcə investorların vəsaitləri ilə bağlı suallarla məhdudlaşmayıb. İstintaq çərçivəsində keçmiş Ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya, onun həyat yoldaşı İlyas Kaya və AKP sədrinin müavini Hayati Yazıcının oğlu Mustafa Yazıcının da adları hallanıb. Eyni zamanda, Türkiyənin maliyyə bazarlarına nəzarət edən qurumlarının fəaliyyəti müzakirə mövzusuna çevrilib. Məhz belə bir vaxtda Azərbaycanda dövlət məktəblərində geyim qaydaları məsələsi də Türkiyənin siyasi gündəmində ön plana çıxıb. Bu iki mövzu arasında birbaşa siyasi əlaqənin olması hadisələrin eyni dövrə təsadüf etməsi baxıımında diqqət çəkir. “188 yük maşını dolusu pul" Türkiyənin Kapital Bazarları Şurasının (SPK) məlumatına görə, sentyabrın 17-də yeddi portfel idarəetmə şirkətinə aid 131 fondun ləğvi barədə qərar qəbul edilib. Həmin fondlarda 455 mindən çox fərdi investorun olduğu bildirilib. Sentyabrın 21-də isə doqquz şirkət və onların rəhbərlərinin əmlakları ilə bağlı tədbirlər görülüb. Türkiyədəki fond böhranı və istintaqın siyasi çevrələrə qədər uzanması beynəlxalq medianın da diqqətini çəkib. İstintaqın diqqət mərkəzində bəzi səhmlərin qiymətlərinin şirkətlərin maliyyə göstəriciləri ilə izah olunması çətin olan səviyyədə yüksəlməsi, fondların həmin səhmlərlə əməliyyatları və bu prosesdən əldə edildiyi iddia olunan gəlirlər dayanır. Məsələnin siyasi müstəviyə keçməsində müxalifət deputatlarının çıxışları da rol oynayıb. Hayati Yazıcı və oğlu Mustafa Yazıcı ilə bağlı suallar Fond qalmaqalının siyasi müzakirələrində adı çəkilən digər şəxs AKP sədrinin müavini Hayati Yazıcıdır. Sentyabrın sonunda istintaq çərçivəsində onun oğlu Mustafa Yazıcının əmlakına dair tədbir görüldüyü barədə məlumatlar yayılıb. Daha sonra Mustafa Yazıcının ifadəsinin alınmasından və materialların qiymətləndirilməsindən sonra tədbirin ləğv edildiyi bildirilib. Oktay Saral və Müfit Aydın: Azərbaycanla bağlı açıqlamalar Türkiyədə fond qalmaqalı müzakirə olunduğu vaxt Azərbaycan məktəblərindəki geyim qaydaları ilə bağlı açıqlamalar da gündəmə gəlib. “Köklü Değişim” və Azərbaycan səfirliyi qarşısındakı aksiyalar Mövzu yalnız rəsmi siyasi şəxslərin açıqlamaları ilə məhdudlaşmayıb. Türkiyədə fəaliyyət göstərən “Köklü Değişim” təşkilatı oktyabrın 13-də Ankara və İstanbulda Azərbaycanın diplomatik nümayəndəliklərinin qarşısında aksiyalar keçirdiyini açıqlayıb. Təşkilatın öz məlumatına görə, Ankarada Azərbaycan səfirliyinin qarşısında bəyanatı ilahiyyatçı-yazar Abdullah İmamoğlu, İstanbulda konsulluğun qarşısında isə təşkilatın İstanbul təmsilçisi Muhammed Emin Yıldırım səsləndirib. Aksiyalarda Azərbaycan hakimiyyətini hədəf alan sərt dini-siyasi ifadələrdən istifadə olunub. Beləliklə, Azərbaycandakı məktəbli geyimi mübahisəsi Türkiyədə sosial şəbəkə müzakirələrindən kənara çıxaraq təşkilatlanmış dini-siyasi fəallığın da mövzusuna çevrilib. Azərbaycan məsələsi Türkiyənin daxili siyasi mübarizəsində alətə çevrilir? Siyasi kommunikasiya baxımından dini və ideoloji həssaslığı olan mövzular cəmiyyətdə güclü emosional reaksiya doğura, tərəfdarları səfərbər edə və ictimai müzakirələrin istiqamətinə təsir göstərə bilər. Türkiyədə fond qalmaqalı ilə bağlı sualların intensiv müzakirə olunduğu dövrdə Azərbaycandakı hicab məsələsinin də ön plana çıxması bu baxımdan diqqətəlayiqdir. Bir tərəfdə investorların vəsaitləri, maliyyə nəzarəti və siyasi məsuliyyət barədə suallar, digər tərəfdə isə dini azadlıqlar, dünyəvilik və Azərbaycanın daxili siyasəti ətrafında emosional müzakirələr var. Azərbaycan mövzusunun Türkiyənin siyasi gündəmində ön plana çıxmasının ictimai müzakirələrin istiqamətinə necə təsir göstərdiyini aydın göstərir. Bu çıxışlar, Azərbaycana qarşı etiraz aksiyalarının həm də konkret şəxslərin maliyyə qalmaqalını kölgədə qoymaq məqsədi daşıdığı istisna deyil. Hadisələrin Bakı-Ankara münasibətlərinə təsiri Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətləri mövcuddur. Ancaq yaxın münasibətlər bir ölkənin siyasi nümayəndələrinin digər ölkənin daxili qərarları ilə bağlı mövqe bildirməsini daha həssas məsələyə çevirir. Burada iki prinsip qarşı-qarşıya gəlir: dini azadlıqlar barədə ictimai mövqe bildirmək hüququ və başqa dövlətin daxili məsələlərinə münasibətdə siyasi məsuliyyət. Türkiyəli siyasi şəxslərin Azərbaycandakı məktəbli geyimi qaydalarına münasibət bildirməsi özlüyündə fond qalmaqalını ört-basdır etmək məqsədi daşıyır deyəmək sübut istəyir. Bununla belə, bu çıxışların daxili siyasi kontekstdə hansı funksiyanı yerinə yetirdiyini araşdırmaq legitim jurnalist sualıdır. Türkiyədə 455 mindən çox investorun iştirak etdiyi fond böhranı, 187 milyard lirəlik haqsız qazanc barədə rəsmi açıqlama və AKP ilə əlaqəli şəxslər ətrafında yaranmış suallar ölkənin ictimai gündəmində ciddi yer tutur. Eyni dövrdə Oktay Saralın, Müfit Aydının və digər dini-siyasi aktorların Azərbaycan məktəblərində hicab məsələsini gündəmə gətirməsi, “Köklü Değişim” təşkilatının diplomatik nümayəndəliklər qarşısında aksiyalar keçirməsi diqqət çəkir. Bu paralellik Türkiyədə daxili maliyyə və siyasi böhran fonunda xarici mövzuların siyasi səfərbərlik vasitəsinə çevrilməsi ehtimalını gündəmə gətirir. Azərbaycan mövzusunun dini və emosional çərçivədə təqdim edilməsi ictimai müzakirələri maliyyə məsuliyyəti və nəzarət məsələlərindən ideoloji müstəviyə yönəldə bilər. Ancaq bunun konkret siyasi məqsədlə edildiyini demək üçün hadisələrin ardıcıllığından əlavə, birbaşa əlaqəni təsdiqləyən sübutlar da olmalıdır. Geri qayıt |