Əsas Səhifə > Güney Press > Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək
Şuşa məktəb binası 4,5 milyona təmir ediləcəkBu gün, 06:02 |
|
Şuşa şəhər Kollecinin binası 4,5 milyona təmir ediləcək. Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (VÖEN: 1500016711) “İdeal TM” QSC ilə satınalma müqaviləsi imzalayıb. "DİA-AZ" xəbər verir ki, dövlət qurumu Şuşa şəhər Kollecinin (Qarabağ Universitetinin Turizm fakultəsi) binasının əsaslı təmiri və bərpası işlərini bu şirkətə həvalə edib. Tərəflər arasında 4 milyon 492 min 872 manatlıq müqavilə imzalanıb. Geri qayıt |