Əsas Səhifə > Güney Press / Partiya > "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?"

"Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?"


Bu gün, 07:18

"2025-ci ildə Azərbaycanda daşınmaz əmlak və təkrar mənzil bazarında ümumilikdə 41 606 mənzil alqı-satqısı rəsmiləşdirilib.
Alqı-satqının 83,93%-i Bakı şəhəri, Abşeron rayonu və Sumqayıtın payına düşüb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Ölkənin ikinci böyük şəhəri olan Gəncədə 2025-ci ildə cəmi 2202 mənzil-ev satılıb ki, bu da ümumi satışın 5,29%-i təşkil edir.
Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü? Hökumətin 3 dəfə “Regionların İnkişaf Proqramı” qəbul etməsinin, son 22 ildə bu işlərə 135 mlrd. dollar (120 mlrd. manat – dolların 0,79 manat olduğu dövrləri də nəzərə almaqla) xərcləməsinin heç bir effekt vermədiyini görmək üçün bu rəqəmlər kifayət edir.
İndiki yanlış idarəetmə modeli ilə regionlar yenə boşalacaq, insanlar Bakı-Abşerona axışacaq, hökumət bu problemləri həll edə bilməyəcək – çünki, düşüncəsi, yanaşması, metodları yanlışdır..."

Geri qayıt