Əsas Səhifə > Güney Press > ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib
ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edibBu gün, 08:58 |
|
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynada müharibənin dayandırılması üçün hazırlanacaq sülh razılaşmasının bir hissəsi kimi Avropa ölkələrinin Rusiyadan təbii qaz alışını bərpa etməsini təklif edib. Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrinə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner bu təşəbbüsü Ukrayna və Avropa rəsmiləri ilə müzakirə ediblər. Məsələ sentyabrda Kiyevə səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə aparılan danışıqlarda da gündəmə gətirilib. ABŞ nümayəndələri əvvəllər Rusiya qazının Avropaya nəqlini təmin edən boru kəmərlərinin fəaliyyətinin bərpasını nəzərdən keçirməyi təklif ediblər. Vaşinqton hesab edir ki, Rusiya qazının Avropa bazarına qaytarılması Moskvanı müharibənin dayandırılmasına razı salmaq üçün iqtisadi təşviq vasitəsi ola bilər. Lakin qəzetin məlumatına görə, Avropa nümayəndələri bu təklifi mənfi qarşılayıblar. Buna baxmayaraq, Tramp administrasiyası Rusiya qazının ixracının bərpasını mümkün sülh sazişinin tərkib hissəsi kimi qiymətləndirir. Amerika tərəfi Ukraynanın qaz tranzitindən gəlir əldə edə biləcəyini, Avropa istehlakçılarının isə daha ucuz enerji resurslarından faydalana biləcəyini əsas gətirir. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 1-də Moskvanın Ukraynada hərbi əməliyyatların sülh yolu ilə mümkün qədər tez dayandırılmasını istədiyini bildirib. O, Rusiyanın danışıqlara hazır olduğunu, lakin Kiyev tərəfindən buna istək görmədiyini iddia edib. Geri qayıt |