Əsas Səhifə > Güney Press > ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib

ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib


Bu gün, 16:25

ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NBC telekanalının “Meet the Press” proqramına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqton müəyyən müddət dayandırılan kəşfiyyat məlumatlarının paylaşılmasına yenidən başlayıb.

Zelenski məlumat mübadiləsinin dəqiq nə vaxt bərpa olunduğunu açıqlamayıb.

Ukrayna Prezidenti, həmçinin ABŞ ilə danışıqların bu həftə baş tutacağına ümid etdiyini bildirib.


Geri qayıt