Bu barədə İqtisadiyyat.az Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat əldə edib.
Məlumata görə, təmir işləri paytaxtın Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ və Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmiri və Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işlərinin aparılması nəzərdə tutulub.
Belə ki, BŞİH-in tabeliyindəki Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC bununla bağlı müvafiq hazırlıqları yekunlaşdırıb.
Məlumata əsasən, qurum təmir və abadlıq işlərini “Xezer-Construction” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Bağlanmış müqavilənin maliyyə dəyəri ümumilikdə 84,5 milyon manat olaraq müəyyənləşib.
