Əsas Səhifə > Güney Press > Pomidor ixracı azalıb,
Pomidor ixracı azalıb,Bu gün, 11:47 |
|
2026-cı ilin ilk 9 ayının yekunlarına əsasən, Azərbaycanın tomat (pomidor) ixracında dəyər ifadəsində artım qeydə alınıb. Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən xəbər verir. 2025-ci ilin ilk 9 ayında 157,17 milyon ABŞ dolları təşkil edən tomat ixracının statistik dəyəri, 2026-cı ilin analoji dövründə 9.6% artaraq 172,34 milyon ABŞ dollarına çatıb. Həcm baxımından isə cüzi azalma müşahidə olunub. 2025-ci ilin müvafiq dövründə 144 029.41 ton tomat ixrac edildiyi halda, 2026-cı ilin ilk 9 ayında bu göstərici 0.6% azalaraq 143 137.68 ton olub. Tomatın ümumi ixracdakı xüsusi çəkisi 2025-ci ilin 9 ayındakı 0.84%-dən 2026-cı ildə 0.72%-ə enib. Qeyri-neft sektoru üzrə ixracda tomatın payı isə 2025-ci ilin müvafiq dövründəki 5.93%-dən 2026-cı ilin eyni dövründə 2.59%-ə düşüb. Geri qayıt |