Əsas Səhifə > Güney Press > Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb
Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülübBu gün, 12:27 |
|
Vəkil Zibeyda Sadıqova həbsdə olan jurnalist Aynur Elgünəşin səhhətində ciddi problemlərin olduğunu bildirib. Gununsesi.info-nun xəbərinə görə, jurnalistin vəkili onun indiyədək 17 dəfə əməliyyat olunub və həbsindən əvvəl növbəti əməliyyata hazırlaşığını xatırladıb. “Hazırda ən böyük təhlükə böyrəyində formalaşıb. Bu səbəbdən təcili Müalicə Müəssisəsinə köçürülüb”, – deyə Zibeyda Sadıqova bildirib. Vəkil jurnalistin səhhətində yaranmış problemləri nəzərə alaraq onun ev dustaqlığına buraxılmasının vacibliyini vurğulayıb. “Aynur Elgünəş təcili ev dustaqlığına buraxılmalıdır”, – deyə vəkil çağırış edib. Geri qayıt |