Əsas Səhifə > Güney Press > “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir"

“Xalq Bank” aktivlərin azalmasına görə "liderdir"


Bu gün, 13:14

Bu il oktyabrın 1-nə Azərbaycandakı 21 bankdan 5-nin aktivləri 2,5 milyard manatdan çox olub.

Yurd.Media araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (16 117,6 milyon manat), “Kapital Bank” (13 919,5 milyon manat), “PAŞA Bank” (9 987,1 milyon manat), “Xalq Bank” (2 827,9 milyon manat) və “Bank Respublika” (2 658,6 milyon manat) ASC-lərdir.

Qalan 16 bankdan 2-nin aktivləri 2-2,5 milyard manat arasında, 6-nın aktivləri 1-2 milyard manat arasında, 8-nin aktivləri isə 0,1-1 milyard manat arasındadır.

Son 1 ildə 21 bankdan 3-nün aktivləri azalıb. Bunlar, “Bank Respublika”, İran Milli Bankının Bakı filialı və “Xalq Bank”dır. Ən çox azalma “Xalq Bank”da (22,1%), ən az azalma isə “Bank Respublik”da (2,2%) qeydə alınıb.

Qalan 18 bankın isə aktivləri artıb. Ən yüksək dinamika “AFB Bank” ASC-də (79,2%), ən aşağı dinamika isə “Turan Bank” ASC-də (1,9%) qeydə alınıb.


Geri qayıt