Əsas Səhifə > Güney Press > Hüseyn ƏSƏBİLƏŞDİ:
Hüseyn ƏSƏBİLƏŞDİ:Bu gün, 15:44 |
|
“Onlar dünyagörüşü olmayan bir yığın kütlədir”. Yenicag.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu “Sevilən səhər” verilişində deyib.
O, sosial şəbəkələrdə sənət adamlarına mənfi rəylər yazan izləyicilərə sərt iradını bildirib: “Bir qrup kütlə var ki, sosial şəbəkələrə axışıb sənətkarlara hücum çəkir, onlar haqqında mənfi rəylər yazırlar. Mən özüm elə rəyləri görəndə şoka düşürəm. Onlar dünyagörüşü olmayan bir yığın kütlədir. Normal, savadlı insan elə mənfi rəylər yazmaz. Mənim sənətim barəsində də yazırlar. Eləsi var, mənfi fikirlər yazır. Eləsi də var, yazır ki: ‘Hüseyn, mənim balam (yaxud dostum), filan musiqini ifa etmisən, bir filan ifaçını da dinlə, gör o, həmin mahnını necə gözəl ifa edib’. Mən onu o qədər sevirəm ki, deyirəm, nə gözəl insansan sən! Yəni yanaşmalar fərqlidir. Kaş ki bu sosial şəbəkələr heç olmazdı”. Geri qayıt |