Əsas Səhifə > Güney Press > “İstəmirəm övladım yaşadığım həyatı yaşasın”

“İstəmirəm övladım yaşadığım həyatı yaşasın”


Bu gün, 17:15

“Cırmaqlaya-cırmaqlaya, əziyyətlə bu yerlərə gəlib çıxmışam”.

Yenicag.az xəbər verir ki, bu sözləri aktyor Ülvi Həsənli “Həyatın dadı” verilişində deyib.

Aktyor həyatının maddi sıxıntılar içində keçən ən çətin günlərindən danışıb:

“Altıncı sinifdən işləmişəm, məktəb əşyalarıma, paltarlarıma qədər özüm almışam. Çünki evdəki vəziyyəti görürdüm və bilirdim ki, atam çox əziyyət çəkir, əlindəki pulla bizi dolandıra bilmir. Özümüzü oda atmağımız bu gün ayaq üstə dayanmağımıza çox kömək edir. Boşluq görəndə özümüzü başqa bir əziyyətə salırıq ki, mənim yaşadıqlarımı övladım yaşamasın. Cırmaqlaya-cırmaqlaya, əziyyətlə bu yerlərə gəlib çıxmışam. Allah heç bir əziyyəti yerdə qoymur”.


Geri qayıt