Əsas Səhifə > Güney Press > Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir
Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyirBu gün, 00:17 |
|
Noyabr ayında məktəblilər 8 gün tətil edəcək. Bunun 3-ü bayram günləri, 5-i isə rəsmi tətil günləridir. Bazar və şənbə, yeri dəyişdirilən istirahət günlərini də əlavə etdikdə, təhsilalanlar noyabr ayı ərzində ümumilikdə 16 gün istirahət edəcəklər. Bu haqda təhsil eksperti Elçin Əfəndi məlumat verib. Sherg.az-a açıqlamasında E.Əfəndi qeyd etdi ki, növbəti ay şagirdlərin tətil günlərilə bağlı vətəndaşlardan çox müraciətlər daxil olur: - Bildirim ki, 8 və 9 noyabr rəsmi bayram günləridir. 8 noyabr qeyri-iş gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 10 noyabr tarixi də qeyri-iş günü olacaq. Beləliklə, 8, 9, 10 noyabr tarixləri-ardıcıl 3 gün (5 günlük çalışanlar üçün isə 7 noyabr da şənbə gününə təsadüf etdiyi üçün ardıcıl 4 gün) qeyri-iş günləridir. Ümumtəhsil müəssisələrində beşgünlük payız tətili 16, 17, 18, 19 və 20 noyabr tarixlərini əhatə edəcək. 21 noyabr şənbə, 22 noyabr bazar gününə təsadüf etdiyi üçün tədris bir də 23 noyabrdan başlanacaq. 5 günlük tədris olan məktəblərdə tətil (şənbə və bazar gününə əsasən) 14 noyabrdan, 6 günlük tədris olan məktəblərdə isə 15 noyabrdan başlanacaq. Azəbaycanda tədris ili ümumilikdə 34 həftə davam edir, I siniflərdə isə 32 həftə. Tədris günlərinin dəqiq sayı məktəbin iş qrafikindən - 5 və ya 6 günlük və təqvimə düşən rəsmi bayram günlərindən asılı olaraq hər il cüzi dəyişir. 5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə təxminən 165-170 tədris günü olur. 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə təxminən 200-205 tədris günü. Rəsmi tətil günlərinin sayı isə payız tətili 16-20 noyabr tarixlərində 5 gün, qış tətili isə 27-31 yanvar tarixlərində 5 gündür. Əlavə bahar tətili var ki bu da 1-5 may tarixlırini əhatə edir. Tədris ili ərzində bunlardan əlavə təqvimə düşən rəsmi dövlət bayramları da var, həmin tarixlərdə də məktəblərdə qeyri-iş günləridir. Geri qayıt |