Əsas Səhifə > Güney Press > Maliyyə Nazirliyi federasiyanı

Maliyyə Nazirliyi federasiyanı


Bu gün, 00:22

Maliyyə Nazirliyi federasiya barəsində ptorokol tərtib etdi.

"DİA-AZ" "Plat.az"a istinadən xəbər verir ki, “Azərbaycan Skayraninq Federasiyası” İctimai Birliyi (İB) maliyyə hesabatlarını dərc etmədiyinə görə cərimələnib.

Maliyyə Nazirliyi tərəfindən İB-nin İnzibati Xətalar Məcəlləsinin (İXM) 462.1-ci (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib edilərək müvafiq sənədlərlə birlikdə Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş materiallarına əsasən, İB tərəfindən 2025-ci il üzrə maliyyə hesabatları müvafiq orqana təqdim edilməyib. Bu hal mühasibat uçotu sahəsində qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilib və təşkilat barəsində İXM-in 462.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub.

Məhkəmədə araşdırılan sənədlərdən məlum olub ki, hesabatların təqdim edilməməsi ilə əlaqədar təşkilata əvvəlcədən xəbərdarlıq məktubu göndərilib. Həmin məktubda 2025-ci il üzrə maliyyə hesabatlarının 30 gün müddətində təqdim edilməsi xahiş olunub.

Məhkəmə iş üzrə toplanmış materialları və təqdim olunan sənədləri araşdırdıqdan sonra belə qənaətə gəlib ki, “Azərbaycan Skayraninq Federasiyası” İB İXM-in 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədib.

Qərara görə, İB həmin maddə ilə təqsirli bilinib və barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq edilib.


Geri qayıt