Əsas Səhifə > Güney Press > ASB qiymətli kağızlar bazarından kənarda, “Xalq Bank”da kəskin AZALMA

ASB qiymətli kağızlar bazarından kənarda, “Xalq Bank”da kəskin AZALMA


Bu gün, 10:08

Bu il oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən 21 bankdan 5-nin qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çox olub.

Yurd.Media araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (ABB, 2 934,75 milyon manat), “PAŞA Bank” (2 893,7 milyon manat), “Kapital Bank” (2 828,3 milyon manat), “Azər-Türk Bank” (304,9 milyon manat) və “Rabitəbank” (164,2 milyon manat) ASC-lərdir.

Qalan 16 bankdan 4-də qiymətli kağızlara investisiyalar 100-150 milyon manat arasında, 9 bankda 10-100 milyon manat arasında, 3 bankda isə 10 milyon manatdan az olub.

Son 1 ildə 8 bankın qiymətli kağızlara investisiyaları azalıb. Ən çox azalma “Xalq Bank” ASC-də (75,1%), ən az azalma isə ABB-də (8,4%) qeydə alınıb.

1 bankın – “Azərbaycan Sənaye Bankı” (ASB) ASC-nin son 1 ildə qiymətli kağızlara investisiyaları olmayıb.

Qalan 12 bankın isə qiymətli kağızlara investisiyaları artıb. Ən yüksək dinamika “Bank Avrasiya” ASC-də (19,8 dəfə), ən aşağı dinamika isə İran Milli Bankının Bakı filialında (27,9%) qeydə alınıb.


Geri qayıt