Əsas Səhifə > Güney Press > Azərbaycan neftinin qiyməti 118 dolları ötüb

Azərbaycan neftinin qiyməti 118 dolları ötüb


Bu gün, 10:41

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,27 dollar və ya 1,95% artaraq 118.53 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 116,26 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


Geri qayıt