Əsas Səhifə > Güney Press > Zelenski Rusiyaya zərbələri dayandırmağa hazırdır

Zelenski Rusiyaya zərbələri dayandırmağa hazırdır


Bu gün, 11:04

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünün bərpası müqabilində Rusiyanın neft emalı zavodlarına və enerji infrastrukturuna zərbələri 30 gün müddətinə dayandırmağa hazır olduğunu bildirib.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Zelenskinin sözlərinə görə, Ukraynanın raket əleyhinə müdafiə vasitələrinin ehtiyatları gündəlik kombinə edilmiş hücumlar fonunda demək olar ki, tükənib. ABŞ-dan tədarüklərin gecikməsi və “Starlink” vasitəsilə məlumat ötürülməsinin sürəti ilə bağlı texniki məhdudiyyətlər sürətli reaktiv dronların qarşısının alınmasını da çətinləşdirir.

Ukrayna lideri vurğulayıb ki, Kiyev Rusiyanın neft infrastrukturuna hücumlarda müvəqqəti fasiləyə yalnız hava hücumundan müdafiə arsenalının dərhal bərpa edilməsi şərti ilə razılaşa bilər. Onun sözlərinə görə, bu, qış mövsümü ərəfəsində Ukrayna şəhərlərinin müdafiəsi üçün vacibdir.

Ukrayna tərəfi Ağ Evdən məsələ ilə bağlı açıqlama gözləyir. Eyni zamanda raket tədarükündə gecikmələrin milyonlarla mülki sakinin təhlükəsizliyini riskə atdığı barədə xəbərdarlıq edib.


Geri qayıt