Əsas Səhifə > Güney Press > TƏBİB ləğv olunmur, idarəetmə dəyişir

TƏBİB ləğv olunmur, idarəetmə dəyişir


Bu gün, 12:19

Prezident İlham Əliyev səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb. Fərmanla "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Müəyyən edilir ki, publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Nazirliyin tabeliyində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsə keçir. TƏBİB-in nizamnamə fondu publik hüquqi şəxsin əmlakı hesabına formalaşır.

TƏBİB "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək publik hüquqi şəxs fəaliyyətini davam etdirir və onun Müşahidə Şurasının səlahiyyətlərini Nazirliyin yaratdığı komissiya həyata keçirir. TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

TƏBİB-in Səhiyyə Nazirliyinin tabeleyinə keçirilməsi zərurət idimi və bu səhiyyə sahəsində nəyi dəyişəcək? Belə mülahizələr var ki TƏBİB-in yaranması icbari tibbi sığöortaya keçid dövründə zəruri idi. Çünki sovet səhiyyəsindən qalan köhnə idarəetmə sistemi, köhnə strukturla icbari tibbi sığortaya müvəffəqiyyətli keçid çox çətin proses olardı. TƏBİB-in formalaşması keçid mərhələsinin uğurlu başa çatdırılması üçün lazım idi. Hazırda isə bu strukturun Səhiyyə Nazirliyinin tabeliyinə verilməsiylə idarəetmədə mərkəzləşmə həllini tapacaq. Və bunu da vurğulayaq ki, vətəndaşları müəyyən məsələlərdə narahat edən də məhz idarəetmədə səlahiyyətlərin bölünməsi. 

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri, sosial məsələlər üzrə ekspert İlqar Hüseynli Sherg.az-a açıqlamasında bildirdi ki, TƏBİB ləğv olunmayıb, öz strukturlarını saxlayıb və tam tərkibdə işini davam etdirəcək. Sadəcə, Səhiyyə Nazirliyinin tabeliyində bir struktur olacaq. Bu da idarəetmədə mərkəzləşmənin, problemlərin bir mərkəzdən idarə olunmasını təmin edəcək:

- TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ikili səlahiyyətlərin arada qaldırılmasına birbaşa xidmət edəcək. İmzalanmış fərman da bu məqsəd daşıyır. Bilirik ki, bəzən vətəndaşlar arasında ciddi narazılıq yaranırdı. TƏBİB tabeliyindəki elə müəssisələr vardı ayrıca fəaliyyət göstərirdi. Elə klinikalar vardı nazirliyin tabeliyində idi, məsələn xalq arasında “OMEDE” kimi tanınan K.Y. Fərəcova adına Elmi-Tədqiat Pediatriya İnstitutu, 5 saylı Şəhər Klinik Xəstəxanası və sair müxtəlif səhiyyə müəssisələri TƏBİB və nazirlik arasında bölünmüş vəziyyətdəydi. Belə ikili idarəetmə vətəndaşları da narazı salırdı, qeyri-müəyyən vəziyyət vətəndaşlarda çaşqınlıq yaradırdı, lazımi səhiyyə xidməti ala bilməyən insanlar bilmirdi hara, kimə müraciət etsinlər. Uzun müddətdir bu məsələ müzakirə olunurdu və ehtimal vardı ki TƏBİB ayrıca qurujm kimi fəaliyyət göstərməsin, nazirliyin daxilində struktur olsun. Nəhayət ən doğru qərar verildi. Lakin bu o demək deyil ki, TƏBİB öz missisyasını başa çatdırıb. Belə deyil. Prezidentin imzaladığı fərman buna xidmət edir ki TƏBİB yenidən formalaşsın, yeni Nizamnaməsi qəbul olunsun. 6 ay müddətində kadr siyasəti və idarəetmə sistemi yenidən formalaşdırılsın, amma bütün bu proses SN-nin tabeliyində davam etsin. Yəni, funksiyalar birbaşa SN tərəfindən idarə olunacaq. Tibb müəssisələrinin rəhbər heyətlərinin təyin olunması, seçilməsi, maliyyə proseslərinin idarəolunması nazirlik tərəfindən icra olunacaq. TƏBİB nazirlikdən verilən qərarların icrasını həyata keçirəcək. Mərkəzləşmiş idarəetmə və struktur olacaq, nəzərə alaq ki bu həm də vətəndaşların istəyi idi.


Geri qayıt