Əsas Səhifə > Güney Press > Almaniyada neftin qiyməti 51% artıb

Almaniyada neftin qiyməti 51% artıb


Bu gün, 13:19

Yaxın Şərqdəki münaqişə fonunda Almaniyada neft qiymətləri sentyabr ayında illik müqayisədə 50%-dən çox artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.

"İran və Yaxın Şərqdəki hərbi münaqişə səbəbindən neft məhsullarının qiymətləri 51,3% artıb. Bu dövrdə benzin 53,8%, motor yanacağı isə 48,6% bahalaşıb", - məlumatda deyilir.

Eyni zamanda, sentyabr ayında enerji qiymətlərinin 2025-ci ilin eyni ayı ilə müqayisədə 14,9% artdığı göstərilir.


Geri qayıt