Əsas Səhifə > Güney Press > Yeni prokuror tanınmış hakimin oğludur

Yeni prokuror tanınmış hakimin oğludur


Bu gün, 14:38

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

“DİA-AZ”ın “Unikal”a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmiş üzvü, tanınmış hakim Mansur İbayevin oğludur.

Qeyd edək ki, M.İbayev 1964-cü ildən məhkəmə orqanlarında işləməyə başlayıb.

Qubadlı, Ağdaş, Göyçay rayonlarında məhkəmə sədri, 1976-cı ildən 2000-ci ilə qədər Ali Məhkəmənin üzvü, 2000-ci ildən 2012-ci ilə kimi Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi, eyni zamanda Məhkəmə Hüquq Şurasının və Mərkəzi Seçki Komissiyasının üzvü vəzifələrində işləyib.

2006-cı ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

O, bir sıra səs-küylü cinayətlərlə bağlı məhkəmə proseslərinə hakimlik edib.

Mansur İbayev 2024-cü ilin avqust ayında vəfat edib.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Pərviz İbayev sabiq təhsil naziri Misir Mərdanovun kürəkənidir.


Geri qayıt