Əsas Səhifə > Güney Press > Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanla bağlı hesabat hazırladı

Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanla bağlı hesabat hazırladı


Bu gün, 14:59

Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın Avrasiya Hökumətlərarası Şurasındakı nümayəndələri Ermənistanın Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyünün dayandırılmasının mümkün nəticələrinə dair hesabat hazırlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası və Rusiya Federasiyası prezidentlərinin 29 may 2026-cı il tarixli birgə bəyanatının icrası çərçivəsində həmin ölkələrin Avrasiya Hökumətlərarası Şurasındakı nümayəndələri tərəfindən “Ermənistan Respublikası ilə bağlı 29 may 2014-cü il tarixli Avrasiya İqtisadi Birliyi haqqında Müqavilənin fəaliyyətinin dayandırılmasının mümkün nəticələri haqqında” hesabat hazırlanıb”, - məlumatda bildirilib.

Hesabatda Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olmaq məqsədilə atdığı addımlar barədə məlumatlar, AİB və Aİ-nin hüquqi rejimlərinin uzlaşması təhlil edilir. Bura, xüsusilə, İrəvanın AİB-ə üzvlük çərçivəsində götürdüyü öhdəliklər və Aİ-yə üzvlüklə bağlı öhdəliklər daxildir.

Sənəddə Ermənistanın Aİ-yə qoşulmaq qərarından irəli gələn risklərin qarşısını almağa yönəlmiş hüquqi mexanizmlər barədə məlumatlar, eləcə də Ermənistanın AİB-də üzvlüyünün dayandırılmasının mümkün nəticələrinə dair qiymətləndirmələr yer alır.

Hesabat Vladimir Putinə, Aleksandr Lukaşenkoya, Kasım-Jomart Tokayevə, Sadır Japarova və Nikol Paşinyana təqdim ediləcək.

Sənəddə Ermənistanın Aİ-yə üzvlük istiqamətində atdığı addımlar fonunda onun AİB-dəki statusunun təşkilat üçün suallar doğurduğu da qeyd olunur.


Geri qayıt