Əsas Səhifə > Güney Press > Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi

Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi


Bu gün, 19:05

Bakı Apellyasiya Məhkəməsində on altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən Gülgün Kərimovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Gülgün Kərimov on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törədib.

Belə ki, o, icarə əsasında idarə etdiyi və taksi kimi fəaliyyət göstərdiyi avtomobillə bu il saat 11:20 radələrində Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində olan zaman həmin maşının salonunda sürücü oturacağında əyləşib sol ön qapının şüşəsini tam endirdib. Sonra Gülgün Kərimov maşının yanından keçən 2013-cü il təvəllüdlü, yəni on dörd yaşına çatmayan zərərçəkmiş S.S.-ni (adı, soyadı şərtidir) yanına çağırıb, ona qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törədib.

Hadisədən sonra Gülgün Kərimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmə iclasında o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, onda dəri-zöhrəvi xəstəliyi var, 2 ilə yaxındır müalicə alır və tez-tez dərman vasitəsindən istifadə edir. Təqsirləndirilən şəxs deyib ki, hadisə baş verən günü avtomobilində dərman vasitəsindən istifadə etmək məqsədilə maşınını yolda saxlayıb: “Bu zaman əvvəllər tanımadığım bir qızın avtomobilimə yaxınlaşdığını gördüm. Mən ona “nəyə baxırsan” dedikdən sonra qız dərhal ərazidən uzaqlaşdı”.

Gülgün Kərimovun məhkəmə baxışında verdiyi ifadə ilə ibtidai istintaq vaxtı verdiyi ifadə arasında ziddiyyət olduğundan onun ifadəsi elan edilib.

Təqsirləndirilən şəxs sonda zərərçəkmiş şəxsin onu səhv anladığını, buna görə onun ailəsindən üzr istədiyini, qıza dəymiş ziyanı ödədiyini, əməlindən peşman olduğunu və məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.

Səbail Rayon Məhkəməsinin hökmü ilə Gülgün Kərimov 2 il müddətinə azadlıqdan məhrum edilib.


Geri qayıt