Əsas Səhifə > Güney Press > Aqrar Xidmətlər Agentliyi 29 min manat vergi borcu olan şirkətlə tender müqaviləsi bağlayıb?

Aqrar Xidmətlər Agentliyi 29 min manat vergi borcu olan şirkətlə tender müqaviləsi bağlayıb?


Dünən, 23:54

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi inzibati binalarının və tabeliyindəki mərkəzlərin yanğın təhlükəsizliyi və ilkin tibbi yardım təminatının gücləndirilməsi məqsədilə keçirdiyi satınalma müsabiqəsinə yekun vurub.
32gun.az-ın verdiyi məlumata görə, agentlik təhlükəsizliyin təşkili ilə əlaqədar avadanlıqların satın alınması üzrə "CONFİREX" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1504135991) ilə müqavilə bağlayıb.
Açıq tender metodu ilə keçirilən satınalma üzrə imzalanan müqavilənin ümumi maliyyə dəyəri 20.968,6 AZN (yaxın 21 min manat) təşkil edir.
Müqavilə şərtlərinə əsasən, qalib şirkət Agentlik və onun regional mərkəzləri üçün yanğınsöndürmə balonları, ilkin tibbi yardım çantaları və digər təhlükəsizlik avadanlıqlarını təmin edəcək.
29 min manatlıq vergi borcu və 100 manatlıq kapital
32gun.az-ın əldə etdiyi digər əsas məlumata görə, dövlət qurumunun 21 min manatlıq tenderinin qalibi olan "CONFİREX" MMC-nin dövlət büdcəsinə 29.076,91 AZN məbləğində vergi borcu mövcuddur.
Rəsmi registr məlumatlarına əsasən, nizamnamə kapitalı cəmi 100 AZN olan müəssisənin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski pr., ev 138A, mənzil 51 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi isə Rəvan Bəşirov İman oğludur.
Qazanacağı tenderin məbləğindən (21 min AZN) daha çox vergi borcu (29 min AZN) olan bir podratçı şirkətlə satınalma müqaviləsinin bağlanması diqqət çəkən məqamlardandır.


Geri qayıt