Əsas Səhifə > Güney Press / Partiya > " “Məkka Anlaşması” işə düşsə, ən böyük zərbəni kimlər alacaq?"
" “Məkka Anlaşması” işə düşsə, ən böyük zərbəni kimlər alacaq?"Bu gün, 05:49 |
|
"Bizdə, eləcə də qardaş Türkiyədə bəziləri deyir ki, Azərbaycan və Türkiyə arasında fikir ayrılığı yaradan məsələlərdən biri, güya, bizim ölkənin “Məkkə Sazişinə” qoşulmaqdan imtina etməsidir. Elə həmin adamlardan da bəziləri, digər məsələnin Azərbaycanın İsraillə olan münasibətlərinin olduğunu deyirlər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Bu tipli diskusiyalarda ən vacib alət məntiqdir, məntiqi ardıcıllığı qurmaq bacarığıdır – 3 addımlıq məntiq quranda bu tipli adamların fikrirlərinin boş olduğu üzə çıxır.
“Məkkə Anlaşması”, əsasən, hansı ölkəni qorumaq üçündür? Bəli, Səudiyyə Ərəbistanını. Yaxşı, Səudiyyə Ərəbistanına təhdidlər hardan gəlir-gələ bilər? Tapdız, İrandan və bu ölkənin birbaşa dəstəklədiyi Yəməndə güclü olan “Husilərdən”. Xub, İran və “Husilərin” elan etdikləri əsas düşmən kimdir? Bəli, İsrail. Tamam, o zaman “Məkka Anlaşması” işə düşsə, ən böyük zərbəni kimlər alacaq? Tam haqlısınız, İsrail düşməni olan “Husulər” və onları dəstəkləyən İran.
Yaxşı, o zaman bu anlaşma HƏM DƏ kimi qoruyur?! Bu suala özünüz cavab verin, məntiqi ardıcıllığı tamamlayın..."
Geri qayıt |