Əsas Səhifə > Güney Press > ABŞ, Ukrayna və Aİ Rusiya ilə dialoq üzrə razılaşdırılmış mövqe hazırlayıb
ABŞ, Ukrayna və Aİ Rusiya ilə dialoq üzrə razılaşdırılmış mövqe hazırlayıbBu gün, 06:18 |
|
ABŞ, Ukrayna və Avropa ölkələri Osloda keçirilən görüşdə münaqişənin nizamlanması və Rusiya ilə qarşılıqlı əlaqələr üzrə addımlara dair ümumi mövqeyi razılaşdırıblar. Bu barədə “Axios” portalının müxbiri Barak Ravid öz “X” hesabında məlumat verib. Onun sözlərinə görə, Ukrayna ətraflı müzakirə olunan yeni ideya və təkliflər irəli sürüb. Tərəflər Rusiya ilə əlaqələr və diplomatik prosesin irəlilədilməsi üzrə əlaqələndirilmiş yanaşmanın razılaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə ediblər. Geri qayıt |