Əsas Səhifə > Güney Press > Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı
Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlıBu gün, 09:37 |
|
Bakı Apellyasiya Məhkəməsində oğurluqdatəqsirləndirilən dəstə üzvləri - Elvin Həbibli, Rövşən Umudov, Ülvi Əsgərov və Vəfa Həsənovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. İttihama görə, dəstə üzvləri 15 oktyabr 2024-cü il tarixdən 25 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində gecə saatlarında davamlı olaraq Azər Cabbarova məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən bağ evinin hasarından aşıb həyətə daxil olublar. Elvin Həbibli, Rövşən Umudov, Ülvi Əsgərov və Vəfa Həsənova həyətdə yerləşən saxlanc yeri olan anbarından 4 800 manat dəyərində 100 ədəd dəmir borular, 4 ədəd hər birinin qiyməti 200 manat olmaqla 800 manat dəyərinda dəmir barmaqlıqları, evə qanunsuz daxil olmaqla oradan Ukrayna İstehsalı olan 16 min 500 manat dəyərində 300 ədəd çay serviz dəsti, Ukrayna istehsalı 18 000 manat dəyərində 18 min ədəd nəlbəki, 500 manat dəyərində olan iran istehsalı 3 lampalı lyustr, 1 400 manat dəyərində 70 ədəd Rusiya istehsalı azbest dam ötrükləri, 24000 manat dəyərində 4 000 ədəd Ukraniya istehsalı olan yemək boşqabı, 81 000 manat dəyərində 1 800 ədəd fincan dəsti, 17 600 manat dəyərinə 320 ədəd Belarus istehsalı olan elektriklə işləyən ət çəkən maşını oğurlayıblar. Bundan başqa, 1 ədədinin qiyməti 1 000 manat olan 8 000 manat dəyərində 8 ədəd 19-cu əsrə aid olan Şuşa şəhərində toxunmuş antik xalçaları, 1 400 manat dəyərində 2 ədəd 7 litrlik odun samovarını, 1 ədəd dəyəri 2 000 manat olan Çexiya istehsalı lyustranı çağırdıqları avtomobillərə hissə-hissə yükləyib götürməklə oradan davamli olaraq hissə-hissə daşıyıb apararaq dəyərindən ucuz qiymətə satıblar. Bundan əldə etdikləri pulları Elvin Həbibli, Vəfa Həsənova, Rövşən Umudov və Ülvi Əsgərov öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş Azər Cabbarova ümumilikdə 213 385 manat məbləğində küllü miqdarda ziyan vurublar. Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Həbibli ilə Rövşən Umudovun hər biri 7 il, Ülvi Əsgərov 9 il, Vəfa Həsənova isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Geri qayıt |